GECƏLƏR SİLSİLƏSİNDƏN...

Gecə düşdü, sevən könül

GECƏLƏR SİLSİLƏSİNDƏN...

Gecə düşdü, sevən könül
Fəğana gəldi,
Sevdiyini gördü, imana gəldi.
Zərif şamın kövrək işığında,
Bir öpüşlə ruhumuz cana gəldi.
Bu nə sevgi, nə qısqanclıq, bu nə eşq,
Baxıb, bəxtəvər dedilər,
Canım cəzana gəldi.
Çox az oldu bu səadət röyası,
Tənha qalan könül əfqana gəldi,
Bu odun işığına pərvanə gəldi...
Mayisə Əsədullaqızı