1992-ci il, 25-26 yanvar. DAŞALTI FACİƏSİ.

Allah Daşaltı faciəsi Şəhidlərimizə rəhmət eləsin!

1992-ci il, 25-26 yanvar. DAŞALTI FACİƏSİ.

1992-ci il 25 yanvarda axşam saatlarında, 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət üç bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.
Vətən- insanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olaraq əldə edilən emosional hisslər. Vətənə bağlılıq insanlarda vətənpərvərliklə səciyyələndirilir. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.
Dədə babalarımızın qoruyub,saxlayıb bizə miras qoyduğu bu müqəddəs torpağa sahib çıxıb,onu sevib qorumalıyıq! Eyni zamanda, hamımız səfərbər olub, torpağımızı yağı düşmən tapdağından azad etməliyik.
Allah Daşaltı faciəsi Şəhidlərimizə rəhmət eləsin!

Mayisə Əsədulla Əliyeva