Ad
307

YAZAR İlahe BAYINDIR

İlahi eşqə doğru

İlahi eşqə doğru
(İxtisarla)
Nizamlanan doğruluğun atası ki, anırsız?
Yerin-göyün, ərş-əlanın quranı kim, tanırsız?
Ulduzlardan günəşədək məsafəni kim çəkdi?
Ayın gözəl camalını göy üzündə kim əkdi?
Dumanlı, qarlı dağları yer üzündə kim tutdu?
Fironun atlı dəstəsin dənizlərdə kim uddu?
...İşığın qədri bilinməz qaranlıqlar olmasa,
Yolumuza hər gün tezdən Yaradan nur salmasa.
İnsan oğlu dolanmazdı iki əkiz gövhərsiz,
Yaxşı pisi tanırdımı, mümkün deyil, şübhəsiz.
Böyük Tanrı qüdrətini dana bilməz yaranmış,
Kainatın ixtiyarı yalnız Ona bağlanmış.
Onun qayğı, mərhəməti xoşbəxtlik bələdçisi,
Çirkin əməl, yalan niyyət bədbəxtlik tələçisi.
Davranışı O yaratdı, ixtiyarı alan O,
Bu dünyada, o dünyada hakimi-ixtiyar O.
Uca xaliqin varlığı əbədidir, yaşardır,
Məxluqatın varlığında qaynayandır, daşandır.
Bir məxluqda yoxluq itir, varlıq isə yetişir,
Paralanan yaralarsa zaman keçir, bitişir.
Pis nöqsanlar lənətlənməz, yaxşı əməl qallmasa,
Şükr eləyib tanıyarmı, dağılmasa, dolmasa.
Keçdiyin həyat yolunda, cığırda iz salmazsan,
Yəqin rəhmət qazanmazsan, yaddaşlarda qalmazsan.
Yaranmışlar nə edərdi, düşüncəsiz, məntiqsiz,
İlahə yadda qalarmı, şeriyyətsiz, söhbətsiz?

Ad

Yazarın Diğer Yazıları

  1. Bayrağında qan izi var, qan gölündə üzən ölkəm,
  2. İlahi eşqə doğru
  3. Yazarın Tüm Yazıları

Yorum Yaz