QIZIL ALMA haqqında ARAŞDIRMA....

"Mənim Türk adını verdiyim və şərqdə yerləşdirdiyim bir ordum vardır.

QIZIL ALMA haqqında ARAŞDIRMA....

Qızılalma Türklərin xüsusilə Oğuz Türklərinin arasında cahan hakimiyyətinin simvolu olaraq ifadəsini tapmış bir məfhum və ya məfkurədir. Qızılalma Türklərin yaşadıqları bölgəyə görə qərb istiqamətində fəth edilməsi gərəkli bilinən bəzən bir diyar bəzən də bir ölkədəki taxt və ya məbəd üzərində parıldayan və ya cahan hakimiyyətini təmsil edən saf qızıldan düzəldilmiş qırmızı rəngli qızıl bir yuvarlaq və yaxud da top olaraq təxəyyül edilməkdədir.
Bu qızıl top bəzən zəfərin işarəsi bəzən hakimiyyətin simvolu bəzən də fəth edilmək üzrə hədəf seçilən yerin simvolu olaraq xarakterizə edilmişdir. Türklərin çox qədim inanc və törələrinə dayanan Qızılalma məvhumu Türküstan ərazisində yani Xəzər dənizinin şərqindən gələn Oğuzların ali məqsədi, Xəzər Xaqanının ipək çadırının üzərində hakimiyyətin ifadə simgəsi olan qızıl topu (Qızıl Almanı) ələ keçirmək olmuşdur. Buradan İranda hökm sürən Türk boylarına və daha sonra Osmanlılara keçmişdir. Osmanlı Türk dövlətinin Macarıstanda olan Qızıl Almanı tapıb ələ keçərməsindən sonra fəth etmək istədikləri yerlərdə bir Qızıl Almanın varlığına inanıb və bunun uğrunda mübarizə etdiyi görülməkdədir. Türklərin inandıqları tək məvhum Tanrının dünya hakimiyyətini onların özlərinə lütf etdiyinə inanmış olmalarıdır. Bunu Müdrik Xaqanın "Tanrı iradə etdiyi üçün taxta oturdum dörd yandakı millətləri nizama saldım" sözlərindən də belə anlamaq mümkündür. Yenə Müdrik Xaqanın ağzından Türk imanı belə ifadə edilməkdədir: Türk Tanrısı milləti yox olmasın deyə atam İlteriş Xaqanı və anam İl Bilge Xatunu göydən tutub yüksəltmişdir.
Oğuz Xaqanın doğulduqdan sonra ilahi bir nurla bəsləndiyi tarixi və əfsanəvi qaynaqlarda da göstərilməkdədir. Oğuz Xaqanı Tanrı tərəfindən ilahi qüdrətlə hər tərəfli gözəl yaradılmışdır. Yanındakı qulluqçuları və ona bütün işlərində köməklik edənlər də eyni qaynaqdan bəslənirdilər. Göydən endirilmiş Göy-Börü (Bozkurt) Oğuzun səfərləri zamanı ona bələdçilik edirdi. Oğuz Dastanında keçən bu misralar bunu ən gözəl şəkildə izah etməkdədir.

Mən sizlərə oldum Xaqan
Alalım yay ilə qalxan
Nişan olsun bizə buyan
Bozqurd olsun bizə uran

Tudi Xanın 598-ci ildə Bizans imperatoru Maurikianura göndərdiyi məktubda keçən: "Dünyada yeddi iqlimin əfəndisi və yeddi irqin xaqanı ifadəsi ilə Tuna Bulgarlarının Xanı Mələmir Xanın özü və şəxsində ifadəsini tapan Türklər üçün istifadə etdiyi "Tanrı tərəfindən göndərilmiş Tanrıya bənzər Mələmir Xan ... "ifadəsi Türk millətinin İslamiyyətdən əvvəlki dövrdə Allah tərəfindən müqəddəs qılınmış olduğu inancını göstərməkdədir. Bu və buna bənzər müxtəlif inanclar Türklərin İslamiyyəti qəbul etmələrindən sonra da davam etmişdir. Türklər özlərini Tanrı tərəfindən dünyadakı nizam-intizamı təmin etmək üçün göndərildiklərinə inanmışlar. Türklər İslamiyyətdən əvvəlki Göktanrı inancı zamanında da İslami dövrdə də özlərinin Tanrı tərəfindən dünyaya hökm etmə və ədaləti təmin etmək üçün yaradıldıqlarına və həyat fəlsəfəsinin bu düşüncə ilə formalaşması gərəyini ehtiyac görmüşlər.
İslamiyyətdən əvvəl qəhrəmanlara verilən alplıq adı İslamiyyətdən sonrakı dövrlərdə alp-ərən şəklini alır və belə həyat tapırdı. "Mənim Türk adını verdiyim və şərqdə yerləşdirdiyim bir ordum vardır.
Bir qövmə qəzəbləndiyim zaman onları o qövmün üzərinə saldıraram tərcüməsindəki hədis-i Kutsi İslam dünyasında Türklər haqqında deyilən rəvayət və kəhanətlərə nümunədir. Hz.Məhəmmədin "Xorasanda Ərəb olmayan gözəl üzlü hakim bir insan zühur edəcək onun adı da mənimki kimi Məhəmməd olacaq və Buveyhilerin təzyiqinə son verəcək. Xorasandan Böyük Dərvazata qədər fəthlər edəcək. İraq, İran və Məkkə xütbələrində adı oxunacaqdır, "tərcüməsindəki hədis ilə Türklər sizə toxunmadiqca siz də onlara toxunmayın tərcüməsindəki hədislər bütün İslam dünyasında dildən dilə yayılmaqda idi. Çünki Türk insanının mübarizəçi ruhu və Cahan hakimiyyəti idealı və Tanrıya inancı sonsuz idi.
Tarix elminin təsbit etdiyi və özünə məxsus irəli bir mədəniyyət nümunəsi olan Bozkır mədəniyyəti e.ə. l500-L700 illəri arsında təşəkkül edən və yaşanan nümunə bir mədəniyyət olaraq bilinməkdədir. Qızıl emalı və dəmirin irəli bir texnika ilə işlənməsi bu mədəniyyətin əhəmiyyətli xüsusiyyətlərindən biri olmuşdur. Mübarizəçi bir quruluşa sahib olan Türk milləti bunun gərəyi olaraq ehtiyacları ölçüsündə səyyar evlər xəstəxanalar və təhsil müəssisələri tikirdilər. Bu hal onların asan hərəkət etmələrinə və məkan dəyişdirmələrinə imkan yaradırdı. Bununla yanaşı mədəniyyətin ən vacib ölçüsü sayılan geyinib-keçinmək isə olduqca sadə və ən rahat şəkildə olmuşdur. Güclü mənəviyyatı, mühafizəkarlıq və inqilabçılıq ruhu Türk insanının quruluşunda elə sıx şəkildə birləşmişdi ki, bu birləşmə Türk dövlətlərinin siyasi-ictimai həyatında və hüquqi nizam-intizam qaydalarında özünü təcəssüm edərək əsrlər boyu yaşamış və millətin yaşamasını eləcədə inkişafını təmin etmişdir.
Bu birləşmə Türk millətinin ictimai quruluşu ilə yaxından əlaqədardır. Sosial quruluşun nüvəsi olan ailənin möhkəm olması bunun ÜRUĞ boy budun şəklində təşkilatlanması və buradan da dövlətin doğulmasına və dövlət vasitəsilə bir millətin ideallarını reallaşdırması ilə nəticələnmişdir. Ailə-ÜRUĞ boy, və il-Dövlətin möhkəm təşkilatlanması bir tərəfdən milli idealları və məfkurə birliyini gücləndirirdi digər tərəfdən də Türk ruhundakı dinamizm və azadlıq düşücələrinin pik nöqtədə olması böyük dövlətlərin qurulması ilə yanaşı parçalanmanı da özü ilə bərabər gətirirdi.
Bu tərz qatı dövlətçilik şəkli sanki öz aralarında bir yarışa zəmin hazırlayaraq Türkün Qızıl Almaya sahib olmasını daha da sürətləndirirdi. Türk millətinin ictimai quruluşu və bu quruluşu ayaqda tutan maddi və mənəvi güc onların Qızıl Almaya doğru hərəkət etməsini vacib qılırdı. Min illərlə davam edən və millətin şüuraltına yerləşən qələbə əzmi tarixin bütün dövrlərində yenidən zühur edərək millətə həyat vermiş, onların həyata möhkəm bağlanmalarını və öz dinamikliyini qorumaqlarına şərait yaratmışdır. Oğuz Xandan Alparslan Türkeşə qədər Qızıl alma idealı Türk millətinin var olma və idarəetmə bacarığının ən üst səviyyədə inkişaf etməsənə bir sübutdur.
Tarixdən də göründüyü kimi Oğuz Xaqan hakimiyyətin simvolu olaraq qızıl evini qurduqdan sonra dəhal səfərə çıxmışdır.
Bunlardan ilki Hind səfəridir. Hind və Çin ölkələrini torpaqlarına qatan Oğuz Xanın əldə etmək istədiyi Pekin onun Qızıl Alması olmuşdur. Qaranlıqlar ölkəsi Çin və Hind ilə bütün Orta Şərq və Qafqazları birləşdirən və burada hakimiyyət quran Oğuzdan sonra Hunlar tarix səhnəsinə çıxdılar.
Qərblilərin Tanrının Qılıncı deyə adlandırdığı Atillanın hədəfi isə Qərb olmuşdur. Ares Qılıncı olaraq adlandırılan dünya hakimiyyətinin sahibi olan qılınc Atillanın Qızıl Alma olaraq qərbi seçməsinə əsaslı səbəbləri olmuşdur. Abdala-ı Rum alp ərən Şeyx Ədəbalı və onun kürəkənləri Osman Qazi ilə Tursun fakik ... Oğuzun Anadoludakı Qorqud atasıdır. Osman Qaziyə Səlcuqlunun bitdiyini bildirir və "Ona sultanlıq verən Tanrı mənə xanlıq verdi. Əgər minnəti bu bayraq isə mən öz bayrağımı aparıb məşğul oldum. Əgər o mən Al-i Səlcuqum desə mən də Göy Alp (Oğuz Han) oğluyam "dedizdirir. Osmanlı Türk Dövləti bu düşüncələr üzərinə qurulduqdan sonra Qızıl Alma deyilən böyük düşüncəsində uğur qazanır.
Osmanlının ilk Qızıl Alması Anadoluda bəyliklər dövrünə son verib Türk birliyini təmin etmək olmuşdur. Bunun üçün müxtəlif mübarizələrə girişən Osmanlılar qardaş qətlinə qədər çatan böyük fədakarlıqlar göstərməkdən çəkinmirlər. Daxili çəkişmələr, Moğol istilası bir tərəfdən çətinliklər gətirərkən digər tərəfdən də böyük idealların reallaşması üçün dinamik bir güc meydana gətirdi. Yalnız Türk milləti üçün deyil dünyadakı bütün millətlər üçün qovşaq nöqtəsi olaraq bilinən və özünə məxsus xüsusiyyətlərə sahib olan İstanbul Osmanlının böyük Qızıl Alması olaraq görüldü.
Haqqında müxtəlif rəvayətlərin dildən dilə gəzdiyi İstanbul Fatih Sultan Məmmədin dahiyanə idarəçiiyi və fövqəladə iradəsiylə Türklərin hakimiyyətinə daxil oldu.

Ardı var....

Umuxanım Hüseynzadə

Fotoğraf açıklaması yok.
Fotoğraf açıklaması yok.