KÜSÜRƏM SƏNDƏN

Susuz bulaqlara döndərdin məni,

KÜSÜRƏM SƏNDƏN

KÜSÜRƏM SƏNDƏN
(nəğmə)
Susuz bulaqlara döndərdin məni,
Uca zirvələrdən endirdin məni,
Odunla,közünlə dindirdin məni,
Məcnuna,Kərəmə döndüm əlindən,
Ay qız,həmişəlik küsürəm səndən.
☆☆☆
Bu yolda başıma gör gəldi nələr,
Oldum nəğmə kimi dillərdə əzbər,
Mən artıq sevginə çox uydum,yetər!
Daha ürəyimlə bacarmıram mən,
Ay qız,həmişəlik küsürəm səndən.
☆☆☆
Qoydun yarı yolda yollar bitməmiş,
Saçının gül ətri uçub getməmiş,
Hələ cığırlarda izim itməmiş,
Nədən yad sahilə üz tutdun görən?
Ay qız,həmişəlik küsürəm səndən.
☆☆☆
Gözləmə,onsuz da gələn deyiləm,
Çağırma,arxanca dönən deyiləm,
Bir də qapınızı döyən deyiləm,
Çıxar birdəfəlik,sil ürəyindən...
Ay qız,həmişəlik küsürəm səndən!

Henife Alişanoglu