DÜNYA, GÖZƏLLİK VƏ SEVGİ...

İnsan dünyadakı bütün insanlara sevgi bəsləyə bilər.

DÜNYA, GÖZƏLLİK VƏ SEVGİ...

İnsan dünyadakı bütün insanlara sevgi bəsləyə bilər.
Amma, dərin sevgini və ondan qaynaqlanan hörməti ancaq ruh sahibi, canı qədər sevdiyi olan insana bəsləyə bilər.
Sevilən insana verilən dəyərin ifadəsi hörmətdir. O insana nə qədər dəyər və nə qədər əhəmiyyət verilməsinin sübutudur. İnsanlar həyatları boyu bir çox insana müxtəlif cəhətdən sevgi və simpatiya bəsləyə bilərlər. Amma, bunların çox böyük qismi müvəqqətidir. Çox hörmət etdiyi, dəyər verdiyi, əhəmiyyət verdiyi bir insana bəslədiyi sevgi tamamilə və kökündən başqa cürdür. Bu cür sevgidə çox böyük bir istək, harmoniya, hisslərin qarşıdurması var. Sarsılmaz sədaqət var. Ölənə qədər davam edən bir sirdaşlıq var. O insana qarşı dərin güvən hissi var. Bu sevgini yaşayan insan qarşısındakı insanı ona zərər verə bilən bütün şeylərdən qoruyar. Həmişə ona qarşı diqqətli olar. Ürəyinin qırılmağını istəməz. Ən çətin vəziyyətdə olsa belə, hər zaman onu qoruyub mühafizə edər. Heç düşünmədən başqalarına qarşı isti münasibəti varsa, sevgisi varsa, mütləq öz nəfsini əzib, üstünlüyü o insana verər!
Əlbəttə ki, bu hörmət insanlar arasında rəsmiyyət və uzaqlıq yaradan bir hörmət deyil. Bu hörmət anlayışında insanlar bir-birləri ilə çox səmimi və yaxın olurlar. Amma, eyni zamanda, qarşılıqlı olaraq bir-birlərinə ciddi şəkildə dəyər verdikləri üçün atdıqları hər addımı, söylədikləri hər sözü, hər hərəkətlərini düşünürlər. Buna görə, bu hörmət anlayışı insanların sevgidəki coşğularını, dərinliklərini, yaxınlıqlarını və bir-birlərinə olan güvənlərini artıran gözəllik şəklində olur.
Odur ki, hörmətli fb dostları, sizi ruhu ilə, canı ilə sevənlərinizin əllərindən möhkəm yapışın. Bir-birinizin qədrini bilin. Keçən qayıtmaz deyiblər, sevginizi, güvəninizi, sədaqətinizi,məhəbbətinizi qoruyun!
Bu özü ruhun qidasıdır!
Mayisə Əsədullaqızı